Avropa Azərbaycana təzminatın ödənilməsinə dəstək verməlidir - Vüqar Bayramov

12:29 05.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın 30 il davam edən işğalı nəticəsində Azərbaycana 100 milyardlarla ziyan dəyib. Bu gün maliyyə dəstəyinə ehtiyacı olan tərəf Azərbaycandır. Əgər Qərb, Avropa Ermənistana dəstək vermək istəyirsə, Azərbaycana təzminatın verilməsinə dəstək verməlidir.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Vüqar Bayramov bu gün Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin görüşü ilə bağlı bildirib.

V.Bayramov hesab edir ki, bu görüş heç də Ermənistana iqtisadi dəstək məqsədi daşımır, regionda Azərbaycanın yaratdığı yeni reallığın pozulmasına, gərginliyin yaradılmasına yönəlib.

“İnklüziv olmayan istənilən görüş Cənubi Qafqazda sülh prosesinə bir maneə olaraq qiymətləndirilməlidir.
Azərbaycan Şərqi Zəngəzuru, Qarabağı yenidən qurur, bərpa edir. Cənubi Qafqazda yeni səhifə yaradılır, bunu yaradan Azərbaycandır, Azərbaycan Prezidentidir”.