Yazını böyüt
Yazını kiçilt
Avropa birliyi Qərb dövlətlərinin çiçəklənməsi üçün yaradıldı.
Trend xəbər verir ki, bu barədə Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.
“Avropa İttifaqı olaraq siyasi səhvlər buraxıldı. İndi biz bunun fəsadlarını hiss edirik. Avropa yalnız bu ittifaqdan ibarət deyil. Qonşuların da maraqlarını güdməlidir. Yaxşı qonşuluq siyasəti olmalıdır”,- deyə o bildirib.