Avropanın Rusiyadan tranzit keçən mallarının yarısı yoxa çıxıb

12:06 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa Birliyinin Rusiya vasitəsilə üçüncü ölkələrə göndərdiyi malların 1 milyard dollar həcmində hissəsinin heç vaxt bu ölkələrə çatmadığını iddia edib.

Hafta.az-ın “Financial Times” qəzetinə istinadən yazdığına görə, sözügedən mallar arasında qaz turbinləri, təyyarə komponentləri və hərbi məqsədlər üçün istifadə edilə bilən hissələri var.

Qəzetə danışan Aİ rəsmiləri bu malların Ermənistan, Qazaxıstan və Qırğızıstana çatmamasından və Rusiyada qalmasından şübhələndiklərini bildiriblər. Müharibə başlayandan bəri Rusiyadan tranzit keçən malların ümumi dəyəri 2 milyard dollar civarındadır.

Avropa İttifaqı müharibənin ildönümündə Rusiya ərazisindən bəzi malların tranzitinə qadağa qoyub. 11-ci sanksiyalar paketində tranzitə tam qadağa qoyulması ehtimalı var.

Siyasət rubrikasından digər xəbərlər