Yazını böyüt
Yazını kiçilt
Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.
Hafta.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Məlumatda bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.
Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.