Azad edilən bu iki kəndə 500 ailə köçürüləcək

13:55 16.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Talış və Soquvuşan qəsəbələrinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir.

Hafta.az Report-a istinadən xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış kəndinə və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Soquvuşan qəsəbələrinə 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdıırlır. Biz buna nail olacağıq".

Oxunma sayı 50