Azad edilmiş ərazilərdə ötən həftə 30 mina aşkarlanıb - ANAMA

14:53 11.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan hafta.az-a bildirilib ki, oktyabrın 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 28 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 18.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.