AZAL Təl-Əvivə uçuşları artırır

14:40 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin may ayından "Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin paytaxtı Təl-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq.

 

Bu barədə AZAL-dan hafta.az-a verilən məlumatda bildirilib.

 

Hazırda Bakı-Təl-Əviv istiqamətdə aviareyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçirir.