Azay Quliyev Buxarestə gedəcək

16:07 15.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Hafta.az-ın məlumatına görə, Azay Quliyev ATƏT PA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək.

Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək.

Qeyd edək ki, səfər mayın 19-da başa çatacaq.