Azərbaycan çempionu Litva klubunu məğlub edib

23:27 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sabah" basketbol klubu Litvada keçirilən təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Azərbaycan çempionu "Nevejis" komandası ilə qarşılaşıb.

Görüş "Sabah"ın 102:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız Litvada 6 yoxlama oyunu keçirməyi planlaşdırıblar.