Yazını böyüt
Yazını kiçilt
Çexiyanın paytaxtı Praqada təşkil olunan cüdo üzrə Avropa çempionatı başa çatıb.
Hafta.az-ın məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan milli komandasının 5 cüdoçusu tatamı üzərinə çıxıb.
Təmsilçilərimiz günü üç medalla tamamlayıb. İrina Kindzerska (+78 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc mükafat qazanıb.
Bununla da yarışa 9 kişi və 5 qadın cüdoçu ilə qatılan Azərbaycan yığması çempionatı 5 medalla – bir qızıl, bir gümüş, üç bürünc medalla başa vurub. Yarışın ilk iki günündə Orxan Səfərov (66 kq) birinci, Rüstəm Orucov (73 kq) üçüncü yeri tutub.