Yazını böyüt
Yazını kiçilt
Azərbaycan yığması batut gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarında ilk medalını qazanıb.
Hafta.az-ın məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən turnirdə Maqsud Maqsudov və Hüseyn Abbasov fəxri kürsüyə yüksəliblər.
İdmançılarımız 11-12 yaşlı gimnastların sinxron mübarizəsində uğur qazanıblar. Onlar 2-ci yeri tutaraq gümüş mükafata yiyələniblər.