Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb

23:53 13.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyada keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda ikinci yarış gününə yekun vurulub.

Hafta.az-ın məlumatına görə, yunan-Roma güləşçiləri ilk medal günündə 5 dəst mükafatın sahibini müəyyənləşdirib.

Azərbaycan yığmasının iki güləşçisi yarışda son sınağına çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayıb. Görüşdə qırğızıstanlı Balbay Dordokovdan güclü olan (3:0) güləşçimiz yarışı 3-cü yerdə başa vurub.

İslambek Dadov (67 kq) isə final görüşünə çıxıb. Həlledici qarşılaşmayadək bütün rəqiblərini məğlub edən güləşçimiz rusiyalı Nazir Abdullayevlə üz-üzə gəlib. Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə - 1:2 hesabı ilə yenilən İslambek gümüş medal əldə edib.