Azərbaycan haqlı olaraq deyir ki... - Çavuşoğlu

15:28 17.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif etdi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib.

M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqazdakı sabitlik üçün son dərəcə vacibdir”.

Siyasət rubrikasından digər xəbərlər