Azərbaycan millisi Qətərlə yoldaşlıq görüşləri keçirəcək

23:18 08.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisi DÇ-2022-yə ev sahibliyi edəcək Qətər yığması ilə yoldaşlıq görüşləri keçirəcək.

Hafta.az-ın məlumatına görə, Canni de Byazinin yetirmələri Asiya təmsilçisi ilə 2 dəfə üz-üzə gələcək.

UEFA son Asiya çempionunu dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün qətərlilər ev oyunları Avropada keçiriləcəklər.

Yığmamız seçmə mərhələ pəncərəsi zamanı gələn il martın 27-də Qətərin qonağı olacaqsa, noyabrın 14-də bu komandanı qəbul edəcək.

Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı hələlik məlum deyil.