Azərbaycan nefti bahalaşdı

10:31 16.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti növbəti dəfə 100 dollardan yuxarı qiymətə realizə edilib.

 Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,03 dollar artaraq, 100,56 ABŞ dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.