Azərbaycan Ordusunun Ağdamdakı mövqeləri atəşə tutulub

10:10 29.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Siyasət rubrikasından digər xəbərlər