Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı və yeri açıqlanıb

17:03 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan deyib.

"Media sorğularına cavab olaraq bildiririk ki, Münhendə üçtərəfli görüş zamanı əldə olunan razılığa əsasən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü 28-29 fevral tarixlərində Berlində baş tutacaq", - o qeyd edib.

Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib ki, yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır

"Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziir Nikol Paşinyan arasında baş tutan görüşdən sonra artıq yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır", - deyə əlavə edib.

Xatırladaq ki, ötən il 24 oktyabr tarixində Tehranda “3+3” formatında görüş çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub.

Oxunma sayı 73
Siyasət rubrikasından digər xəbərlər