Azərbaycan və Rusiya XİN başçıları görüşəcək

14:53 26.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN başçısı Sergey Lavrov görüşəcək.

Hafta.az xəbər verir ki, görüş aprelin 2-də MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında baş tutacaq.

Bundan başqa, Lavrov erməni həmkarı Ara Ayvazyanla da danışıqlar aparacaq. Əsas müzakirə mövzusunun üçtərəfli razılaşmanın şərtlərinin icrası olacaq.