Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək 

16:10 18.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqqında sazişi təsdiq edəcək.

 

Hafta.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Siyasət rubrikasından digər xəbərlər