Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirildi

14:10 06.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətinfən hafta.az-a verilən məlumata görə, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.

Belə ki, “Traktor MTZ-82” markalı texnika 1 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 5 000 manata satılıb.

 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki https://clck.ru/35bQhv vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, sentyabrın 11-də, 12-də, 14-də, 19-da və 26-da keçiriləcək hərraclara 109 əmlak çıxarılacaq.