Azərbaycanda neft emalı artıb

16:24 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,6 mln. tona yaxın neft, 948 mln. kubmetrə yaxın təbii qaz emal olunub.

SOCAR-dan hafta.az-a verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıb.

“Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib”, - məlumatda qeyd olunur.