Azərbaycanda nərələrin sənaye ovuna icazə yoxdur - ETSN 

18:00 28.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda nərələrin sənaye ovuna icazə yoxdur”. 

Hafta.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi facebook səhifəsində "Ekspert saatı" adlı verilişdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, yalnız elmi məqsədlər üçün və dövlət proqramlarında nərənin sayının artırılması məqsədilə ov ola bilər. 

O qeyd edib ki, nəinki Xəzər dənizinin Azərbaycan akvatoriyasında, eləcə də digər Xəzəryanı ölkələrdə nərə ovuna qadağa qoyulub:

“2011-ci ildən 5 Xəzəryanı ölkənin mütəxəssisləri bir yerə toplaşaraq bu növün ovuna qadağa qoyulması qərarını verib. Xəzəryanı ölkələrin bioloji resurslarının mühafizəsi üçün Komissiya fəaliyyət göstərir. Həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələrin mütəxəssisləri bu Komissiyanın üzvüdürlər. Komissiya tərəfindən Xəzərin həm ümumi ekoloji problemləri, həm də su resurslarının mövcud vəziyyəti təhlil olunur”. 

Sosial rubrikasından digər xəbərlər