Azərbaycanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub

23:08 20.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.
 
Hafta.az-ın məlumatına görə, bu barədə qərarı UEFA verib.
 
Qurumun İcraiyyə Komitəsi Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamamasını qərara alıb. Bu addım məsələnin analizi, Avropa Liqasının pley-off matçları və Millətlər Liqasının ilk iki turundakı görüşlərin yerinin dəyişdirilməsindən sonra atılıb. Bu, növbəti qərar verilənədək qüvvədə olacaq.
 
Azərbaycan və Ermənistan federasiyalarına növbəti ev oyunlarına qədər bu matçların keçirilməsi üçün alternativ variantları təklif etmək tövsiyə olunub. Vəziyyətə nəzarət edən UEFA-nın bu qərarı AVRO-2020-nin gələn ilin yayında baş tutacaq Bakıdakı oyunlarının planlaşdırılmasına təsir etməyəcək.

Oxunma sayı 2513