Azərbaycan internet məkanında yeni internet televiziyası fəaliyyətə başlayacaq. Belə ki, “Bakı-xəbər” qəzetinin saytı ilə yanaşı, internet kanalı da fəaliyyət göstərəcək.
Bununla bağı Bakı-Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev Hafta.az-a açıqlamasında deyib ki, artıq “Baki-xəbər.tv” yə də start verdik:
"16 illiyimizdə də boy atdıq. Tənəzzül görmədik, daim tərəqqi etdik. Biz kollektivimizin zəkasi ilə böyüyürük. Daimi tərəqqimizin tək mənbəyi-prinsiplərimizə sadiqlikdir. Artıq qəzetlə, saytla yanaşı internet üzərindən televiziya yayım fəaliyyətə başlayır. İlkin olaraq hələlik birbaşa yayımla yox, ancaq çəkilmiş videoxəbərlərin, videoların, müzakirələrin, dialoqların yayımını həyata keçirəcəyik. Bu, çox qısa çəkəcək. Əsas hədəfimiz odur ki, günün müəyyən hissələrində birbaşa canlı yayımda bizi izləyən oxucularımızla görüşək. Buna çox qısa müddətdə nail olacağıq. Demək olar ki, birbaşa yayım üçün bütün şərait yaradılıb. Əməkdaşlarımız da özlərini bu işdə hazırlıqlı hesab edirlər. Elə bir çətinliyimiz olmayacaq. Başladığımız kimi, işdə uğur da qazanacağımıza əminik”.