Azərbaycanda yoluxma azaldı - 19 nəfər vəfat etdi

21:00 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1095 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 321 798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 294 784 nəfər müalicə olunaraq sağalıb, 4 580 nəfər vəfat edib, aktiv xəstə sayı 22 434 nəfərdir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 180, ötən müddət ərzində isə ümumilikdə 3 267 835 test aparılıb.

Oxunma sayı 89