Azərbaycandakı rus hərbçilərinin və hərbi texnikasının DƏQİQ SAYI AÇIQLANDI

15:26 05.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın həyata keçirdiyi "Qisas" əməliyyatı fonunda bir sıra strateji yüksəkliklərə nəzarətin ələ keçirilməsi və rus hərbiçilərinin müvəqqəti nəzarətində olan ərazilərimizdəki qanunsuz erməni silahlı birləşmələrinə zərbələr endirilməsinin əks-sədası səngimir.

Xüsusilə də Rusiya mətbuatında bu məsələ gündəmə gətirilir və Azərbaycanda sülhməramlı adı altında yerləşdirilmiş rus hərbiçilərinin maddi-texniki təminatı, onların arsenalında olan silahlar və sayları geniş təhlil edilir. Təbii ki, bu təhlillərin hansı məqsədlə edildiyi, nəyə eyham vurulduğu bəllidir.

Hafta.az mövcud rəqəmləri və statistikanın maraqlı olduğunu nəzərə alaraq rus sülhməramlılarının sayı və hərbi-texniki təminatına dair məqamları sizlərin də diqqətinə çatdırır.   

Rusiyanın Yuxarı Qarabağ iqtisadi zonasındakı  sülhməramlı kontingenti 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 maşın və xüsusi texnikadır. Əsas heyət, məqsədlərindən biri məhz sülhməramlı missiyalar olan Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı briqadasının (Samara şəhərində yerləşir) hərbi personalıdır. Bunlar üç batalyon və köməkçi bölmələr, o cümlədən kəşfiyyatçılar, istehkamçılar, radio operatorları, həmçinin snayperlərdir. Bu, Qarabağdakı sülhməramlı qüvvələrin (MS) onurğa sütunudur.

Sülhməramlıların tərkibinə 31-ci Hava Desant Briqadasının bölmələri də daxildir.

Qarabağdakı rus hərbçiləri 6B52 “Ratnik” döyüş texnikası ilə təchiz edilmişdi ki, bunlara digərləri ilə yanaşı, 10 metrdən artıq məsafədən avtomat gülləsinə dözə bilən 5A mühafizə sinfinə aid gülləkeçirməz jilet də daxildir. Onlar həmçinin rabitə və hədəf təyinatını təmin edən Oxatan mobil idarəetmə sisteminə malikdirlər.

Sülhməramlılar BTR-82A ilə yanaşı, Tiqr və Tayfun zirehli maşınlarından da istifadə edirlər. Baxça-U döyüş modulu ilə müasir hava-desant döyüş maşınları BMD-4M, o cümlədən idarə olunan raketləri atəşə tuta bilən 100 mm-lik top, 30 mm-lik avtomatik top və 7,62 mm-lik pulemyot ciddi qüvvə kimi görünür. BMD həmçinin avtomatik yanğına nəzarət sistemi, termal görüntü cihazı və məsafəölçən yönləndirmə kanalları ilə təchiz olunub ki, bu da günün istənilən vaxtında və hava şəraitində atəş açmağa imkan verir.

15-ci sülhməramlı briqadada elektron döyüş texnikası və PUA-lar da var. Qarabağa müasir “Leer-3” elektron döyüş sistemləri də yerləşdirilib.

Rusiya hərbi strukturlarının Qarabağdakı nümayəndələrinin ümumi sayı Milli Qvardiyanın, Fövqəladə Hallar Nazirliyinin və sərhəd mühafizəsinin bölmələri nəzərə alınmaqla üç min nəfər qiymətləndirilir. Sonuncular Qarabağın özündə deyil, Ermənistandan gələn “dəhlizlərə” nəzarət edirlər.

Oxunma sayı 6113
Gündəm rubrikasından digər xəbərlər