Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda

13:39 26.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Keçiörengücü" azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin keçidini açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Ankara təmsilçisinin rəsmi Tvitter hesabı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.