“Azərbaycanlıların Tailanda səfəri bizdəki viza qaydalarına görə əlverişli deyil” – Səfir Sugonhabhirom

10:15 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Düzdür, hazırda azərbaycanlı dostlarımız üçün Tailanda səfər etmək məhz bizdəki viza qaydalarına görə o qədər də əlverişli deyil. Çünki onlar Ankaradakı Tailand səfirliyi vasitəsilə viza üçün müraciət etməlidirlər”.

Bu barədə Hafta.az-a eksklüziv müsahibəsində danışan Tailandın ölkəmizdəki səfiri Apirat Sugonhabhirom bildirib ki, o, Tailandın aidiyyatı orqanlarından Azərbaycan pasportu sahiblərinin Banqkok hava limanlarında gəliş vizası üçün müraciət etməsinə icazə verilməsi imkanlarını nəzərdən keçirmələrini xahiş edib.

“Həmçinin, Tailandın Xarici İşlər Nazirliyi hazırda ərizəçilərin Tailand vizası üçün onlayn müraciət edə biləcəyi elektron viza sistemini inkişaf etdirir. Bu yeni sistem tətbiq olunduqdan sonra, ümid edirəm ki, azərbaycanlıların Tailanda səfəri daha asan olacaq. Hesab edirəm ki, turist mübadiləsi ilə yanaşı, mədəniyyət, təhsil, idman və gənclərlə iş sahələrində də daha çox əməkdaşlığı nəzərdən keçirməliyik. Mədəni əməkdaşlıq haqqında hələ də Tailand tərəfinin nəzərdən keçirəcəyi gözlənilən bir layihə var və mən onun Tailandığın yeni hökuməti tam formalaşdıqdan sonra tezliklə imzalanacağına ümid edirəm”, - səfir Sugonhabhirom deyib.

Siyasət rubrikasından digər xəbərlər