Bahar Muradova: “Nikahların sayı azalıb”

13:57 30.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Nikaha girənlər arasında azalama müşahidə edilməkdədir.

Hafta.az xəbər verir ki, bunu Ailə, qadın və uşaq  problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hesabatda bildirib.

“2023-cü illə müqayisədə 2024-cü ildə nikahların sayı azalmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb. 2024-cü ildə 49508 nikaha daxilolma, 21384 boşanma halı qeydə alınıb”, - komitə sədri bildirib.