Bakı-Sumqayıt yolunda qəza - Ölən var

11:08 05.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı- Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb. UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub. Nəticədə yük maşını aşıb. İlkin məlumata görə, hadisə zamanı minik avtomobilində olan iki qardaşdan biri ölüb, biri xəsarət alıb. 

 Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.