Bakıda beşmərtəbəli binanın tikintisi dayandırıldı - FOTO

12:01 26.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19 ünvanında yerləşən “Xəlili Plaza” adlanan mövcud beşmərtəbəli qeyri-yaşayış binasının üzərində müvafiq sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Oxunma sayı 29