Bakıda bəzi yollarda sürət həddi endirilib

09:00 30.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti - Mərdəkan -Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.