Bakıda itkin düşən azyaşlı qız tapıldı - FOTO

12:37 06.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapıllaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, L. Şahbazova yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində nənəsinin evindən çıxaraq itkin düşmüşdü.