Bakıda kişi qumbara partladaraq ailə üzvlərini öldürmək istədi

11:22 17.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bakıda ailə üzvlərini qumbara partladaraq öldürməkdə hədələyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Faktla bağlı araşdırma aparılır.