Bakıda neft tullantıları ilə çirklənmiş göl quruduldu

12:29 11.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində neft tullantıları ilə çirklənmiş göl qurudulub, drenaj şəbəkəsinin quraşdırılması hesabına ətraf sulardan əmələ gəlmiş iki gölün səviyyəsi endirilib.

Bu barədə hafta.az-a AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutundan (TAİ) məlumat verilib.

Onun sözlərinə görə, ərazidə ətraf mühitin yaxşılaşdırılması üçün tədbirlər TAİ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən həyata keçirilib:

“Aparılmış tədqiqatlar nəticəsində genişmiqyaslı metodologiya hazırlanıb. Bu metodologiya əsasında torpaqların rekultivasiyası və remidasiya işləri görülüb, kollektor-drenaj şəbəkəsi çəkilib və ərazidə ekoloji vəziyyət yaxşılaşdırılıb. Artıq ərazidəki ekoloji gərginlik aradan qaldırılıb”.

Ə.Quliyev əlavə edib ki, ETSN ilə TAİ arasında bağlanan müqaviləyə əsasən, Suraxanı rayonu keçmiş Yod-brom zavodu ərazisində neft və neft məhsulları ilə çirklənmiş 43 hektar sahə qurudulub, ərazi tamamilə yaşıllaşdırılıb. Qalan 100 hektar sahənin ekoloji cəhətdən yaxşılaşdırılması üçün hazırlanan təkliflər ETSN-ə təqdim edilib.