Yazını böyüt
Yazını kiçilt
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.
Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir: "Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik. Unutmayaq ki, biz yollarda tək deyilik!".