Bakıda rəqqasənin pulunu vermədilər - Polisə şikayət etdi

10:39 20.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda rəqqasə polisə şikayət edərək onu rəqs etməyə dəvət edən iki kişidən pulunu ala bilmədiyini deyib.

 

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 33 yaşlı Sona Heydərova bildirib ki, martın 1-i gecə saat 04 radələrində onu Akademik Həsən Əliyev küçəsində yerləşən çay evlərindən birinə dəvət ediblər.

 

Orada Yevlax rayon sakinləri – 36 yaşlı Şahlar Musayev və 28 yaşlı Coşqun Məmmədovun istəyi ilə rəqs edib.

 

S.Heydərova rəqs etdikdən sonra həmin şəxslərin xidmət haqqı olan 750 manat pulu vermədiklərini bildirib.

 

Müraciətlə bağlı araşdırma aparılır.