Bakıda taxta tullantıları yanıb - FOTO

19:11 17.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın olub.

Hafta.az-ın xəbərinə görə, Xətai rayonu, Zığ şossesi yaxınlığında açıq ərazidə təxminən 60 m² sahədə çəlləklər və taxta tullantıları yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Qısa zamanda yanğın söndürülərək alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.