Balıqçı çimərlikdə Birinci Dünya müharibəsindən qalma mərmi tapıb

23:12 07.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Esseks qraflığındakı bir çimərlikdə Birinci Dünya müharibəsi dövründə istifadə edilən mərmi tapılıb.

Hafta.az bildirir ki, bu barədə “Need To Know” nəşri yazıb.

Tapıntını sahildə balıq yemi axtaran balıqçı aşkar edib. O, şübhəli mərmini tapdıqdan sonra bu barədə sahil mühafizəsinə məlumat verib. Çimərlik mühasirəyə alınıb. Hadisə yerinə mütəxəssislər gəlib. Mərminin zərərsiz olduğu məlum olub.