“Barselona” “Real”ın futbolçusunu istəyir

12:06 08.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Milan"ın futbolçusu Teo Hernandes "Barselona"nın "radar"ına düşüb.

Bu barədə "Marca" nəşri məlumat yayıb. Xəbərdə "Barselona"nın 22 yaşlı müdafiəçi üçün 40 milyon avro təklif edəcəyi bildirilib.

2019-cu ildən "Milan"da çıxış edən Teonun müqaviləsi 2024-cü ilə qədərdir. Daha əvvəl İspaniyada "Atletiko" və "Real"da forma geyinən futbolçu ilə "Yuventus" da yaxından maraqlanır.