Baxçalının Milli Birlik Komissiyası çağırışının məqsədi nədir?

09:05 20.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

MHP sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında Abdullah Öcalana çağırışı ilə başlayan “Terrorsuz Türkiyə” prosesi PKK-nın özünüburaxma qərarını açıqlaması ilə davam etdi. Qərardan sonra MHP sədri Dövlət Baxçalı TBMM-də Milli Birlik Komissiyasının yaradılmasını da istəyib.

Hafta.az-ın yazdığına görə, aana müxalifət partiyası CXP də TBMM-ə işarə edib. DEM Partiya da hökumətin növbəti dövrdə hərəkətə keçməli olduğuna dair açıqlamalar verib. Bəs Baxçalının bu çağırışı necə oxunmalıdır?

Məşhur türkiyəli politoloq Dr. Nurəttin Kalkan deyib ki, bu çağırışın əsas məqsədi məsələni hökumət siyasətindən çox dövlət siyasətinə çevirməkdir.

AKP və MHP-nin bütün qurumlarla prosesin arxasında olduğunu göstərmək istədiyini deyən Kalkan bildirib ki, terrorsuz Türkiyə prosesini tənqid etmək dövlətin sülh yaradacaq siyasətini tənqid etmək demək olardı. Onlar tənqidin qarşısını almaq, prosesi kürdlərlə əməkdaşlıq kimi göstərməkdənsə, siyasəti genişləndirmək istəyirlər.

Bunun sülh prosesi deyil, daha çox siyasi elitanın öz gələcəyini təmin etmək üçün tarazlıq yaratmağa çalışdığı təəssüratı yarandığını söyləyən Kalkan, müxalifətin mövqeyinə də toxunub: "Bu, elit bir konsensus olaraq görülür. Bunun son halqası DEM Partiyasıdır. CXP-nin metropolisdəki kürdlərlə Anadoluda yaşayan kürdləri bir-birindən ayırması lazımdır. Bundan əlavə, Əkrəm İmamoğlunun həbsindən sonra keçirilən aksiyalarda millətçilik tonları vardı. Bu tonun kürdlərib bir qismini müxalifətdəndən uzaqlaşdırdığını görürük və gələcəkdə keçiriləcək seçkilərə necə təsir edəcəyini bilmirik. Çox güman ki, iqtidar CXP ilə DEM Partiyası arasındakı məsafə, kürdlərlə CXP arasında uçurum yaratmaq istəyir”.