“Bayer” Almaniya çempionu oldu

20:49 14.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bayer” Almaniya Bundesliqasıında 2023/2024 mövsümün qalibi olub.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, Leverkuzen klubu 29-cu turda çempionluğunu rəsmiləşdirib.

Öz meydanında “Verder”i 5:0 məğlub edən “Bayer” 79 xalla ən yaxın izləyicisi “Bavariya”nı 16 xal qabaqlayıb. Komanda 29 matçın 25-də qalib gəlib, 4-də heç-heçə oynayıb.

 

“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub.

Oxunma sayı 62