Bayram namazının vaxtı AÇIQLANDI

11:24 02.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq.

Hafta.az xəbər verir ki, bu haqda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də bütün məscidlərimizdə Qurban bayramının namazı qılınacaq:

"Dövlət səviyyəsində 2 gün bayram elan olunub. Şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7 və 8-i qurban kəsə bilərlər. Bayram namazı elan olunan əsas, birinci gündə, yəni iyunun 6-da qılınacaq".

"Hər bir məscid icmasının rəhbərliyi və imamı məscidə gələn camaatı nəzərə alaraq namaz vaxtını saat 8 və ya 9-a təyin edə bilər. Yəni saat 8-də də, 9-da da namaz qılına bilər. Camaatın gəlişi ilə əlaqədar bu məsələ tənzimlənə bilər. Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınır. Bakı və şəhərətrafı kəndlərin əksər məscidlərində saat 9-da qılınır. Bəzi məscidlərdə - məsələn Göy məscid, Heydər məscidində namaz saat 8-də qılınacaq, lakin insanların gəlişi ilə əlaqədar saat 9-da da qılına bilər. Məscid icması bu məsələ ixtiyar sahibidir”, - deyə sədr müavini ildirib.