İyunun 7-də əməkdaşlıq çərçivəsində BƏƏ-in Azərbaycandakı səfirliyi, Dubay Palatası və DP World "BƏƏ - beynəlxalq ticarət və logistika məkanı" mövzusunda vebinar keçirilib.
Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən missiya rəhbərinin müavini Abdalla əl-Şəmsi BƏƏ-nin dünya səviyyəli beynəlxalq ticarət və logistika məkanı kimi nailiyyətlərindən danışıb. “Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşən Birləşmiş Ərəb Əmirlikləri qlobal ticarət şəbəkəsində unikal mövqeyə malikdir” deyən Əl-Şəmsi qeyd edib ki, BƏƏ-nin innovasiyalara sadiqliyi Al Maktum Beynəlxalq Hava Limanı və Dubay Beynəlxalq Hava Limanının genişləndirilməsi kimi dünya səviyyəli hava daşımaları obyektlərinin inkişafına səbəb olub.

O vurğulayıb ki, fiziki infrastrukturdan əlavə, BƏƏ həm də çoxmillətli korporasiyaları və kiçik biznesləri cəlb etmiş olan biznes üçün əlverişli mühit yaradıb.
Sonda Əl-Şəmsi Azərbaycandan olan iş adamlarını BƏƏ-nin investisiya fürsətlərindən faydalanmağa dəvət edib.