Bərdənin Qaradəmirçi kəndində məcburi köçkünlərin məskunlaşdıqları tiklidə yanğın olub

10:53 18.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunun Qaradəmirçi kəndində ümumi sahəsi 100 kvadratmetr olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilinin dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.