Bəzi malların aksiz dərəcələri endirildi

15:16 28.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Hafta.az-ın məlumatına görə, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara görə, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.