Bəzi yollarda svetoforlara velosiped bölmələri quraşdırılıb - FOTO

13:45 13.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi prospektin 3 kəsişməsində velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyi təmin olunub.

Hafta.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Ayna Sultanova, Seyfəddin Dağlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində olan svetoforlara velosiped bölmələri quraşdırılıb.

Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin digər küçə və prospektlərdə olan svetoforlara quraşdırılması işləri davam etdirilir.