Biləsuvarda qaz kəsiləcək

15:51 18.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək.

Hafta.az-ın məlumatına görə, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir.

Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.