“Bilik gücümüzdür” layihəsinin həyata keçirilməsinə start verilib

17:25 11.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

10 avqust 2020-ci il tarixində Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi  Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə yardımı ilə  “ Bilik gücümüzdür ” layihəsinin həyata keçirilməsinə start verib.

 Layihənin məqsədi gənclər arasında zorbalığa qarşı mübarizə istiqamətində məlumatlandırıcı və maarifləndirici onlayn seminarların keçirmək və bu sahəyə ictimayyətin diqqətini cəlb etməkdir.

Pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var. Tədbirlər 10 gün keçiriləcək hər bir tədbirdə isə 15 nəfər gənc iştrak edəcək. Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək,həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.

Sosial rubrikasından digər xəbərlər