Binəqədidə mebel sexi yanıb

11:20 11.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda mebel sexi yanıb.

Hafta.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 200 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları və içərisindəki taxta materiallar yanıb.

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.